“Lufthansa” aviaşirkətinin pilotlarının əksəriyyəti tətilə hazırlaşırlar

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları tətil etmək üçün səsvermə keçiriblər. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, pilotların həmkarlar ittifaqı təşkilatı olan “Kokbit Birliyi“nin (Vereinigung Cockpit) məlumatında pensiya təminatı ilə bağlı əmək mübahisəsinin növbəti raundunun da uğursuz olmasından sonra keçirilən səsvermədə “Lufthansa” pilotlarının 90, “Lufthansa Cargo” şirkətinin pilotlarının 95 faizinin iştirak etdiyi bildirilib. Pilotların böyük əksəriyyəti əmək pensiyası ilə bağlı tələblərini dəstəkləmək üçün işə çıxmamağa razılıq verib. Təşkilatın sədri bu nəticənin üzvlərin həmrəyliyi baxımından güclü siqnal olduğunu ifadə edib. Tətilin konkret vaxtı hələ açıqlanmayıb. Danışıqlar həmkarlar ittifaqının xüsusi komissiyası tərəfindən aparılır. Əvvəlki illərdə olduğu kimi, əgər tətil reallaşarsa “Lufthansa”da xeyli sayda reysin ləğv edilməsi və ya gecikməsi gözlənilir. Pilotlar təxminən 4800 nəfəri əhatə edən işçi qrupunun pensiya təminatına daha yüksək işəgötürən töhfəsi tələb edirlər. Lakin “Lufthansa” rəhbərliyi şirkətin hazırda sərt qənaət və islahat proqramı həyata keçirdiyini əsas gətirərək əlavə maliyyə imkanlarının olmadığını bildirir. Şirkət rəhbərliyi 2030-cu ilə qədər qısa və ortaməsafəli uçuşların yarısının “Lufthansa”dan kənar törəmə müəssisələrdə həyata keçiriləcəyini açıqlayıb. Bu isə həmkarlar ittifaqları tərəfindən kəskin etirazla qarşılanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












