Lüis Hemilton: "Azərbaycanda qələbə qazanmaq çətin olacaq"

"Monako Qran-prisi darıxdırıcı keçdi. Bu, elə də əyləncəli yarış olmadı. Çünki yalnız sürücüləri izləyirsiniz, onları ötüb keçə bilməzsiniz".
Avtosfer.az-ın məlumatına görə, bu fikirləri "Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Monako Qran-prisindəki çıxışı barədə danışarkən deyib.
Fransadakı yarışda 7-ci yeri tutan yeddiqat dünya çempionu zəif təsir bağışladıqlarını və buna görə xeyli xal itirdiklərini bildirib: "Əlbəttə, təəccübləndim. Amma özümüzü sınamaq üçün bu cür hadisələr baş verə bilər".
Britaniyalı sürücü indi bütün diqqəti Azərbaycan Qran-prisinə yönəltmələrinin gərəkliyini vurğulayıb. Onun fikrincə, Bakıda qələbə qazanmaq çətin olacaq: "Bunun üçün bəzi amilləri yaxşılaşdırmalıyıq. Çünki edə biləcəyimiz yeganə şey budur. Qarşıdakı yarışda daha güclü olmağa çalışacağıq. Bolidimizdə zəif nöqtələr var. Düşünürəm ki, növbəti yarış da ağır keçəcək. Belə çətin trasda avtomobilin şinlərinin işə düşməsi asan olmayacaq".
Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












