"Lukoil"in xalis mənfəəti 42 dəfə azalıb

Rusiyanın "Lukoil" neft-qaz şirkətinin 2020-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə səhmdarlara aid olan xalis mənfəəti əvvəlki ilə nisbətən 42 dəfə azalaraq 15,2 mlrd. rubl (205,2 mln. ABŞ dolları) təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
"Lukoil"in EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstəricilər 2020-ci ildə 1,8 dəfə azalaraq 687,1 mlrd. rubla (9,290 mlrd. dollar) enib. Şirkətin satış gəlirləri 28% azalaraq 5,639 trln. rubl (76,239 mlrd. dollar) təşkil edib.
"Pandemiya səbəbindən qlobal iqtisadi fəaliyyətdəki azalma və bundan sonra karbohidrogenlərə tələbatın azalması və qiymətlərdə görünməmiş azalma şirkətin ötən ilin IV rübündə və 2020-ci ilin sonunda əməliyyat və maliyyə göstəricilərinə mənfi təsir edib və 2021-ci ilin I rübündə da mənfi təsirini göstərməyə davam edir", - şirkətin açıqlamasında deyilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












