Macar ekspert: "Zəngəzur dəhlizinin açılması sadəcə yeni nəqliyyat xəttinin qurulması deyil"

"Zəngəzur dəhlizinin açılması sadəcə yeni nəqliyyat xəttinin qurulması deyil".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı bu gün təhlükəsizlik, iqtisadiyyat və getdikcə daha çox mədəni sahələrdə əlaqələri gücləndirən ən mühüm regional əməkdaşlıq mexanizmlərindən birinə çevrilib:
"Zəngəzur dəhlizinin açılması isə sadəcə yeni nəqliyyat xəttinin və ya əlaqənin qurulması deyil. Bu, Mərkəzi Asiyadan Avropaya qədər uzanan yeni geosiyasi və iqtisadi mənzərənin formalaşmasını simvolizə edir - Mərkəzi Asiyadan başlayan, müxtəlif koridorlardan keçərək Azərbaycana gələn, Cənubi Qafqazı keçib Naxçıvan vasitəsilə yenidən Azərbaycanla birləşən, oradan isə Türkiyəyə uzanan ticarət yolunu möhkəmləndirəcək".
İcraçı direktor həmçinin Macarıstanın Azərbaycan və Ermənistan arasındakı son prosesləri dəstəklədiyini və alqışladığını da bildirib:
"Bütün bu hadisələr davamlı sülhə və regionda yeni qarşılıqlı əlaqə dövrünə doğru ciddi və hiss olunan irəliləyişi göstərir. İrəliləyişin digər əlamətləri ötən ay Prezident İlham Əliyevin Astanaya işgüzar səfəri zamanı göründü. Dövlət başçısı səfər zamanı Azərbaycanın Ermənistandan keçən bütün tranzit məhdudiyyətlərini aradan qaldırdığını elan etdi".
Eyni zamanda ekspert vurğulayıb ki, Macarıstanın hazırkı TDT üzvü ölkələri ilə ümumi ticarət dövriyyəsi "Şərqə açılım" siyasətinin başlanğıcından bəri 5.5 dəfədən çox artıb:
"Ötən il Macarıstan Böyük Britaniya və Türkiyədən sonra Azərbaycana investisiya yatıran üçüncü ən böyük ölkə olub. Belə böyük artım Macarıstanla Türk dünyası ölkələri arasında formalaşmış inam və qarşılıqlı hörmət olmadan mümkün olmazdı. Macarıstan həmçinin türk dövlətlərini Avropa institutlarında ardıcıl şəkildə dəstəkləyir və siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirməyə yönəlmiş mühüm regional layihələrdə iştirak edir".
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











