Macarıstan vağzalları rekonstruksiya edir

Macarıstanın MÁV dövlət dəmir yolu şirkəti ölkədə bir sıra vağzalların yenidən qurulmasına başlayacağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, şirkətin öz vəsaiti hesabına maliyyələşdirdiyi layihəyə təqribən 40,4 milyard forint (1 avro = 399 forint) investisiya yatırılacaq.
Rekonstruksiyanın məqsədi avadanlığın etibarlılığı, təhlükəsizliyi artırmaq, nasazlıq və qatarların qəbulu zamanı yaranan problemlərin sayını azaltmaqdır. Bir sıra stansiyalarda qatarların hərəkətinin dərhal dayandırılması dörd həftədən yeddi həftəyə qədər davam edəcək. Bu müddətdə heç bir qatar yola düşməyəcək və stansiyalara gəlməyəcək.
Dəyişikliklər əsas xətlərə, o cümlədən Qyor, Peç və Mişkolts şəhərlərindən gələn marşrutlara təsir edəcək.
Sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün alternativ nəqliyyat marşrutları təşkil ediləcək - tramvay və avtobus xətləri gücləndiriləcək və Budapeştdə HÉV şəhər qatarları, Volan və BKK avtobus şirkətləri vasitəsilə əldə edilə bilən bir neçə transfer qovşağı yaradılacaq.
Avqustun 10-dan etibarən yeni cədvəllər səyahətləri planlaşdırmaq üçün əlçatan olacaq.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












