Banner

Mehdiabadda marşrut problemi: Avtobuslar gecikir, qəsəbəyə girmir

Xəbərlər 28 Oktyabr 2026 18:31
Mehdiabadda marşrut problemi: Avtobuslar gecikir, qəsəbəyə girmir
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ictimai nəqliyyatın fəaliyyəti sakinlərin narazılığına səbəb olur. Avtobusların gec-gec gəlməsi səbəbindən vətəndaşlar yollarda uzun müddət gözləməli olurlar.

Avtosfer.az xəbər verir ki, şikayətçi xüsusilə 108A, 179 və 147 nömrəli marşrutlarda avtobusların hərəkətində problemlər yaşanır. Avtobusların vaxtında gəlməməsi gündəlik gediş-gəlişinə çətinlik yaratdığını bildirib.

"Digər məqam isə 147 nömrəli marşrutun hərəkət sxeminin dəyişdirilməsidir. Belə ki, marşrut artıq Mehdiabad qəsəbəsinə daxil olmur. Bu isə həmin istiqamətdə hərəkət edən sakinlər üçün əlavə çətinliklər yaradır", - deyə şikayətçi bildirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı, xüsusilə də pik saatlarda, avtobuslararası intervalların pozulması ilə nəticələnə bilir.

Mehdiabad sakinlərinin marşrut avtobusu problemi: Bəziləri gecikir, bəziləri qəsəbəyə girmir - Foto

"Aparılan təmir işləri ilə əlaqədar 147 nömrəli marşrutun sxemi müvəqqəti dəyişdirilib. Təmir işləri bitəndən sonra avtobuslar əvvəlki sxem üzrə hərəkətini davam etdirəcək." (oxu.az)

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh