Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər?

Azərbaycanda pensiya yaşı məsələsi cəmiyyətdə müzakirə olunan aktual mövzulardan biridir. Əhalinin yaş strukturu, orta ömür uzunluğu, əmək bazarındakı vəziyyət və sosial təminat sistemi ilə bağlı məsələlər pensiya yaşının gələcəkdə yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmə gətirir.
Pensiya yaşının dəyişdirilməsi ilə bağlı müzakirələrdə həm vətəndaşların sosial rifahı, həm də pensiya sisteminin uzunmüddətli dayanıqlılığı əsas məsələlərdən hesab olunur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov baku.ws-ə açıqlamasında bildirib ki, Azərbaycanda pensiya yaşına diferensial yanaşmanın tətbiqini təklif edib:
"Bu yanaşma qadınlarla kişilərin pensiya yaşları arasında fərqin müəyyənləşdirilməsini nəzərdə tutur. Bir sıra ölkələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa dövlətlərində qadınların kişilərlə müqayisədə daha erkən pensiyaya çıxması praktikası mövcuddur.
Həmin təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədəuyğun olardı. Qadınların pensiya yaşında sosial təminat ehtiyaclarının nəzərə alınması bu məsələyə fərqli yanaşmanı zəruri edir.
Pensiya yaşının diferensiallaşdırılması ilə bağlı təkliflər mütəmadi olaraq təqdim edilir. Bununla belə, məsələnin gələcək taleyi müvafiq dövlət qurumlarının qiymətləndirməsindən və qəbul ediləcək qərarlardan asılı olacaq".
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT












