Banner

Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Xəbərlər 28 Oktyabr 2026 23:12
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xaçmaz rayonunda leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri aparılır və bu çərçivədə Caqacuq çayı üzərində yeni körpü inşa olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, görülən işlər çərçivəsində Aşağızeyid-Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Caqacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.

Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən sunizamlayıcı qanadların bərpası nəzərdə tutulur.

Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh