Banner

Bakıda poliklinikada rentgen plyonkasını elektrik plitəsi ilə qurudublar

Xəbərlər 28 Oktyabr 2026 22:40
Bakıda poliklinikada rentgen plyonkasını elektrik plitəsi ilə qurudublar
WhatsApp kanalımıza abunə olun

Bakının Xətai rayonunda yerləşən 38 saylı poliklinikada rentgen plyonkasının elektrik plitəsi vasitəsilə qurudulduğu bildirilir.

Avtosfer.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, poliklinikada rentgen qurudan aparat olmadığı üçün həkimlər rentgenoqram daşıyıcısını bu üsulla qurudurlar.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 38 nömrəli Şəhər Poliklinikasında rentgen cihazı işlək vəziyyətdədir.

“Havaların soyuq keçməsi ilə əlaqədar rentgen kabinetinə müvəqqəti olaraq elektrik plitəsi yerləşdirildiyi aşkar olunub və SƏTƏM tələblərinə zidd olduğu üçün təhlükəsizliyin təmin edilməsi məqsədilə rəhbərliyin göstərişi əsasında otaqdan götürülüb”, - məlumatda qeyd edilib. (baku.ws)

FOTO QALEREYA
Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh