“Mal-qarasını otarmadığım üçün məni işdən çıxardı” - Direktordan cavab

Cəlilabad rayonu Həsənli kənd orta ümumtəhsil məktəbinin direktoru Əliqismət Dadaşov onun mal-qarasını otarmadığım üçün yanvar ayında məni qeyri-qanuni şəkildə işdən çıxarıb.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya 11 ay əvvəl həmin məktəbdə gözətçi işləyən Taleh Saleh oğlu Əliyev müraciət edib.
Şikayətçinin sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin işə bərpa ilə bağlı qərarı olsa da, direktor onu işə qaytarmayıb: “29 ildir həmin məktəbdə direktor işləyən Əliqismət Dadaşov mənə dedi ki, mal-qaramı otar, otarmadım. Ona görə məni işdən çıxardı. Məni aldatdı, Cəlilabada aparıb hansısa sənədə qol çəkdirərək məni işə qaytaracağını dedi, amma etmədi. Yerimə də qohumunu gətirib. 300 manat əməkhaqqı alırdım, 3 körpə övladım var, xəstə anam da himayəmdədir. Heç bir yerdə də işləmirəm. Onları nə ilə dolandıracağam?”
T.Əliyev deyir ki, direktor ona məktəbdə işləməyə yer verməyib: “Mənə dedi gəl məktəbdə qal, gəldim məktəbə, yer vermədi. Dedi ki, get köhnə məktəbdə qal. Köhnə məktəbdə də soyuq havada necə qalım? Dedim maşınla məktəbin həyətinə gəlim, maşında qalım heç olmasa. Onda da dedi ki, məktəbin həyətinə maşın salma, yolda saxla, yolda qal. Gözətçi işləyirdim. Məktəbin açarını istədim ki, heç olmasa içəridə qalım. Onu da vermədi ki, olmaz. Açarı məndən aldı, dilini dəyişib verəcəyini bildirdi. Məni aldatdı, aparıb rayonda qol çəkdirdi, məni işə qaytarmadı. Mən də məhkəməyə verdim. Məhkəmə oldu, amma Dadaşov məhkəməyə gəlmədi”.
Şikayətçinin bizə göndərdiyi 10 sentyabr 2025-ci il tarixli sənəddən məlum olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev adından göndərilən məktubda Cəlilabad rayon kənd ümumi orta məktəbi rəhbərliyinə 30 gün müddətində T.Əliyevi işə bərpa etməsi tapşırılıb.
Şikayətçi Taleh Əliyev bizə müraciətində eyni zamanda vurğulayıb ki, hazırda şikayət məhkəmə müstəvisində mübahisələndirilir. Birinci məhkəmə iclası keçirilsə də, direktor Əliqismət Dadaşov həmin prosesdə iştirak etməyib. İkinci məhkəmə isə dekabrın 4-nə təyin olunub.
İttihamlarla əlaqədar məktəb direktoru Əliqismət Dadaşovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, T.Əliyevin işdən azad edilməsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilib: “Qeyd edirəm ki, Əliyev Taleh Sakit oğlu barəmdə yaydığı məlumatlarda həqiqətə uyğun olmayan və əsassız iddialar səsləndirir. Həmin şəxsin mənimlə bağlı hər hansı hüquqi əsası yoxdur. Onun tərəfimdən işdən azad edilməsi də qanunvericiliyin tələblərinə tam uyğun olaraq, qanunla əmək müqaviləsinə xitam verilməsi qaydasında həyata keçirilib. Araşdırılmamış və qərəzli informasiyanın tirajlanması həm mənim hüquqlarımın pozulması, həm də ictimaiyyətdə yanlış fikir formalaşdırılması deməkdir. Zərurət yaranacağı təqdirdə qanunla müəyyən edilmiş tədbirlər görmək hüququmu saxlayıram”.

Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam
İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ
Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!
İki idarə rəisini vəzifədən azad etdi
Yeni 100 manatlar buraxılır- Köhnələrin aqibəti NECƏ OLACAQ?
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO








