Mali "Air France"ın uçuş icazəsini ləğv edib

Mali hakimiyyəti Fransanın “Air France” aviaşirkətinin respublikaya bütün uçuşları müvəqqəti olaraq dayandırmaq qərarına cavab olaraq şirkətin ölkəyə uçuş icazəsini ləğv edib.
Apa-nın xəbərinə görə, bu barədə “Frans Press“ (AFP) Malinin Dövlət Mülki Aviasiya Agentliyinə istinadən məlumat yayıb.
“Uçuş cədvəlinin yerinə yetirilməməsi səbəbindən uçuşların həyata keçirilməsinə icazə ləğv edilib”, – agentlik hava tənzimləyicisinin bəyanatına istinadən yazır.
Qeyd olunur ki, icazənin geri götürülməsi müvəqqəti xarakter daşıyır və oktyabr ayına qədər davam edəcək.
Aviaşirkət öz növbəsində bildirib ki, “onlar Fransanın hakimiyyət orqanları ilə əlaqə saxlayır və onun təyyarələrinin uçduğu ölkələrdə vəziyyətin inkişafını daim izləyirlər”.
Avqustun 7-də "Air France" Mali və Burkina Fasoya uçuşları dayandırıb. Bundan əlavə, aviadaşıyıcı hərbi qiyamçılar tərəfindən ölkənin hava məkanını bağladığı üçün Nigerə uçuşları dayandırıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












