Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

“Manatın məzənnəsinin builki parametrləri büdcədə də, Neft Fondunun büdcəsində də, dövlət sənədlərində də 1 manat 70 qəpiklə hesablanıb. Bununla bağlı bir dəyişikliyin olacağını düşünmürəm. Çünki bizdə inzibati məzənnə rejimidir. Yəni məzənnəni bazar təyin etmir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
![]()
Ekspertin sözlərinə görə, hökumətin və Mərkəzi Bankın məzənnə dəyişikliyi fikri yoxdur: "Amma bunu bir faktor da dəyişə bilər – neft qiymətlərinin kəskin ucuzlaşması. Açığı, dünyadakı prosesləri nəzərə alsaq, hələlik bu da real görünmür. Ancaq az da olsa, belə bir ehtimal hələ də mövcuddur ki, neft qiymətlərinin kəskin aşağı düşməsi, uzun müddət – məsələn, 40-50 dollar civarında qalması manatın məzənnəsinə istər-istəməz təsirsiz ötüşməyəcək. Yəni qısamüddətli düşsə də, hökumətin hansısa bir addım atacağını düşünmürəm. Amma neftin qiyməti düşərsə və uzun müddət – bir neçə ay aşağı səviyyələrdə qalarsa, o zaman məzənnə dəyişiklikləri ilə bağlı qərar verilə bilər”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












