Marşrutlara 2 mindən artıq avtobus çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi, daşıma imkanlarının artırılması istiqamətində paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirib.
Avtosfer.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, “28 May” metrostansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.
Analoji tədbrlər “Koroğlu” metrostansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb.
Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Ötən gün Bakı şəhərində müntəzəm avtobus marşrutlarına 2 011 ədəd nəqliyyat vasitəsi çıxarılıb.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












