Marta kimi yeni yol AÇILACAQ - Naxçıvan qeydiyyatı olmayanlar da Türkiyəyə GEDƏ BİLƏCƏK?

Mart ayına qədər Azərbaycanı Naxçıvanla birləşdirən avtomobil yolları istifadəyə veriləcək. Bu isə həm regionun iqtisadi əlaqələrinin genişlənməsi, həm də gediş-gəlişin asanlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs bu əlaqələrin genişlənməsi gələcəkdə Naxçıvan qeydiyyatında olmayan vətəndaşların da avtomobillə Türkiyəyə rahat keçidini təmin edə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, “Araz dəhlizi” üzərindən Naxçıvana avtomobil yolunun istifadəyə verilməsi strateji baxımdan son dərəcə vacib layihədir:
“Artıq mart ayından istifadəyə veriləcək bu dəhliz insanların gediş-gəlişini təmin etmək, həm də yükdaşıma baxımından yüksək qiymətləndirilir. O ki qaldı Naxçıvandan Türkiyəyə keçidin təmin olunmasına, hazırda qüvvədə olan karantin rejimi bu prosesi məhdudlaşdırır. Qaydalar yalnız hava yolu vasitəsilə ölkə ərazisini tərk etməyə icazə verir”.
Deputatın sözlərinə görə, karantin rejiminin yanvar ayından dayandırılması halında, mart ayından etibarən Naxçıvan qeydiyyatında olmayan vətəndaşların da Türkiyəyə avtomobillə keçidi mümkün ola bilər:
“Sadəcə bir qədər gözləmək lazımdır. Mart ayından sonra məsələnin detalları dəqiqləşdiriləcək. Bu yol həm iqtisadi baxımdan sərfəli, həm də Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında insan axınının və mübadiləsinin artmasına səbəb olacaq”.(bizim.media)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












