Masallıda dəmir boru oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən məktəb, ferma və əkin sahələri olmaqla ümumilikdə 4 yerdən dəmir boruları oğurlayan rayon sakinləri Qafar Qəhrəmanlı, Həsənağa Əliyev və Neftçala rayon sakini Ülvü Bədəlov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlum olub ki, həmin şəxslər ümumilikdə zərərçəkmiş şəxslərə 6400 manatdan artıq ziyan vurublar.
İlkin araşdırma zamanı həmin şəxslərin müxtəlif vaxtlarda oğurladıqları dəmir boruları metal qəbulu məntəqələrinə satdıqları və əldə olunan gəliri öz aralarında böldükləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslər barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Hazırda saxlanılan şəxslərin digər analoji cinayət əməllərinin ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












