Maşında konstruksiya dəyişikliyi edən şəxs qazidir? - AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində incidilməsi barədə iddialar paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, iyul ayının 10-da şəhər sakini Taleh Bayramov VAZ markalı avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə Dövlət Yol Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb:
“Avtomobil duracağa yerləşdirilib. Sürücü barəsində protokol tərtib olunub, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırıldıqdan sonra sərbəst buraxılıb. Lakin vətəndaş spirtli içkinin təsiri altında Yol Polisi Şöbəsinin inzibati binasının həyətinə daxil olaraq, barəsində görülən qanunamüvafiq tədbirə görə özünə müxtəlif bədən xəsarətləri yetirməyə çalışıb, yüksək səslə nalayiq ifadələr işlədib, edilən xəbərdarlıqlara baxmayaraq, qeyri-adekvat hərəkətlərini davam etdirib. Taleh Bayramov saxlanılıb, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib”.
E.Qasımov qeyd edib ki, T.Bayramov nə qazi, nə də Vətən müharibəsi iştirakçısıdır.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO












