MEDİA-nın beşinci könüllülük proqramı uğurla yekunlaşıb - FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin beşinci könüllülük proqramı uğurla yekunlaşıb.
2023-cü ilin sentyabr - dekabr aylarını əhatə edən proqramın məqsədi gəncləri media mühitində daha fəal iştiraka cəlb etmək, bilik və bacarıqlarını artırmaq, onların fərdi inkişafını təmin etməkdən ibarət olub. Proqram çərçivəsində könüllülər 30-dan çox fərdi və peşəkar inkişaf təlimlərində, 40-dan çox yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə, eyni zamanda Agentlik tərəfindən təşkil edilən “Media savadlılığı” həftəsi üçün podkast çəkilişlərində iştirak ediblər. Həmçinin, könüllülər “MEDİAlab” layihəsi çərçivəsində media səfirləri kimi universitetlərdə fəaliyyət göstərərək, layihənin təşkilində mühüm rol oynayıblar.
Beşinci könüllülük proqramının nəticələri ilə əlaqədar 2 fevral - Azərbaycan Gəncləri Günündə MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, könüllülərin bu proqramda əldə etdikləri bilik və bacarıqlar, qazandıqları təcrübə onların şəxsi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayacaq, gələcək fəaliyyətləri üçün stimul yaradacaq.
Görüşdə proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.




İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












