"Məlumatlar gecikdirilmədən açıqlanmalı və müvafiq qurumlara çatdırılmalıdır" - Nazir müavini

Bir ailə üçün itkin düşmüş şəxs heç vaxt sadəcə reyestrdəki bir qeyd deyil. İllərlə davam edən qeyri-müəyyənlik gündəlik qərarlara təsir göstərir: axtarışları davam etdirib-etdirməmək, uşağa valideyni barədə necə danışmaq və nə vaxtsa ziyarət edib gül qoymaq üçün bir məzarın olub-olmayacağı kimi suallar ailələri daim düşündürür. O cümlədən, məhkəmə-tibbi prosedurları və informasiya sistemlərini müzakirə edərkən həmin ailələri fəaliyyətimizin mərkəzində saxlamağa davam etməliyik.
Avtosfer.az xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Fariz Rzayev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.
Azərbaycanın iki müharibədən sonra 4 mindən çox vətəndaşının itkin düşdüyünü xatırladan nazir müavini əlavə edib: “Minlərlə ailə üçün qeyri-müəyyənlik illər, hətta onilliklərdir davam edir. Azərbaycanın əraziləri işğaldan azad edildikdən sonra insan qalıqlarının aşkarlandığı bir sıra kütləvi məzarlıqlar müəyyən edilib. Qalıqlar ekspertizadan keçirilib, şəxslərin kimliyi müəyyənləşdirilib və onlar layiqli şəkildə dəfn olunublar. Bu nəticələr aidiyyəti ailələr üçün böyük əhəmiyyət daşıyır. Bununla belə, itkin düşmüş şəxslərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil. Minalar və müharibənin partlayıcı qalıqları ərazilərdə aparılan işləri hələ də təhlükəli edir. Beynəlxalq humanitar hüquq bu istiqamətdə səylərimiz üçün hüquqi əsas yaradır. Silahlı münaqişə tərəfləri itkin düşdüyü bildirilən şəxslərin qeydiyyata alınması, müvafiq məlumatların toplanması və paylaşılması, həlak olanların axtarılması, eləcə də insan qalıqlarına hörmətlə yanaşılması üçün mümkün tədbirləri görməlidirlər. Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ xoşməramlılıq çərçivəsində göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavablar təqdim etmək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır. Etimad məlumatdan başlayır”.
F.Rzayev qeyd edib ki, əsirlik, köçürülmə və ölüm halları ilə bağlı qeydlər, şahid ifadələri, habelə ayrı-ayrı və ya kütləvi məzarlıqların yerləşdiyi ərazilər barədə məlumatların hər biri araşdırma üçün mühüm ipucu verə bilər: “Hətta natamam məlumatlar belə digər sübutlarla birlikdə araşdırıldıqda əhəmiyyətli ola bilər. Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır. Biz bir daha Ermənistanı minlərlə itkin azərbaycanlının taleyinin və harada olduğunun müəyyənləşdirilməsinə kömək edə biləcək, o cümlədən məzarlıqlar barədə malik olduğu bütün məlumatları paylaşmağa çağırırıq”.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











