"Məqsədimiz məktəbəqədər təhsil yaşını 3-4 yaşa endirməkdir" - Nazir

“Azərbaycanın bir çox dövrlərdə məktəbəqədər təhsillə əhatə olunması 10 faiz civarında olub. Hazırda hədəfimiz bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu, çox böyük göstəricidir”.
Avtosfer.az xəbər verir ki, bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, nazirliyin ən böyük islahatlarından biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsidir: “Hazırda 80-90 faiz civarında uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur.
Məktəbəqədər təhsil üçün göstərdiyimiz səylər mütləq 20-25 ildən sonra özünü göstərəcək. Bizim baxış bucağımız bundan barətdir ki, heç olmasa bir il hər uşaq məktəbəqədər hazırlığa getsin. Hazırda hər 10 uşaqdan 9-u məktəbəqədər təhsilə cəlb olunub”.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












