Mərkəzi Bank yeni rəqəmsal platformaları istifadəyə verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə ekosisteminin inkişafı, məlumatlılığın artırılması, tərəfdaşlarla effektiv kommunikasiyanın gücləndirilməsi çərçivəsində yeni informasiya platforması olan veb-saytı və sosial media səhifələrini istifadəyə verib.
Avtosfer.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, maliyyə texnologiyalarına və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayıb istifadəçilərə təqdim edir.
İstifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, Açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış "KYC" sahələri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır.
Linkedin və instaqram sosial şəbəkələrində yaradılmış yeni "Fintech_by_cbar" səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkədə və onun hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinin diqqətinə çatdıracaq. Maraqlı məzmunlar və interaktiv formatda paylaşımlar bu sahə üzrə məlumatlılığın artırılmasına töhfə verəcək.
Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











