Meşə yanğınlarına nəzarət edən təyyarə qəzaya uğrayıb

Rusiyanın Arxangelsk vilayətində yüngülmühərrikli təyyarə ilə rabitə əlaqəsi kəsilib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, axtarışlarına başlanılan təyyarənin qəzaya uğradığı məlum olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, təyyarənin əsas pilotu və müşahidəçi pilot sağdır.
“Təyyarə tapılıb, qəzaya uğrayıbmış. Heyət sağdır, “Mi-8” helikopterinin göyərtəsinə qəbul edilib və Kotlas şəhərinə çatdırılacaq”, - deyə nazirlikdən bildirilib.
Rusiya FHN əsas pilot və müşahidəçi pilotun huşunun yerində olduğunu əlavə edib.
TASS-a bildirir ki, təyyarə qəzaya uğradıqdan sonra yanıb.
“Sərnişinlərdən biri gəzə bilir, digəri yox. Onlar helikopterlə xəstəxanaya aparılır”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
Məlumata görə, təyyarə heyəti Arxangelsk vilayətinin Verxnetoemski bölgəsində meşə yanğınlarına qarşı patrul uçuşları həyata keçirirmiş.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












