Meşədə narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 4 nəfər rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Havzava kənd sakini Azər Fərəcov saxlanılıb. Onun yaşadığı kənddəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 10 kiloqramdan artıq olan 61 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə həmçinin 3 rayon sakininin də həyətyanı sahəsindən kultivasiya yolu ilə becərilmiş ümumilikdə 16 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO












