Məşhur antivirusun yaradıcısı intihar edib

Məşhur McAfee antivirusunun yaradıcısı John McAfee 75 yaşında İspaniya həbsxanasında sui-qəsd edərək həyatına son qoyub. O, İspaniya məhkəməsinin onu ABŞ-a təhvil verilməsi qərarından sonra həyatına son qoyub.
Verilmiş məlumata əsasən McAfee-nin meyidi Barselonadakı həbsxana kamerasında aşkar edilib. Qeyd etmək lazımdır ki, McAfee ABŞ-da vergi qaçaqçılığı üzrə günahlandırılırdı. Buna görə də İspaniya məhkəməsi onu ABŞ-a təhvil verilməsi qərarını qəbul etmişdi.
Məhz bu qərardan sonra McAfee-nin meyidi Barselonadakı həbsxana kamerasında aşkar edilib. Verilmiş məlumatda qeyd edilib ki, bütün sübutlar McAfee-nin məhz sui-qəsd sayəsində həyatına son qoyduğunu göstərirlər. Hal hazırda polislər baş vermiş hadisənin təfərrüatlarını araşdırmaqla məşğuldurlar. John McAfee 2020-ci ilin oktyabr ayından İspaniyada həbsdə idi. O, ABŞ-ın Ədliyyə Nazirliyinin sorğusu ilə Barselona hava limanında saxlanılmışdı.
ABŞ-ın Ədliyyə Nazirliyi isə öz növbəsində McAfee-ni vergi qaçaqçılığında, kriptovalyutalarla bağlı müxtəlif dələduzluqlarda və pulların yuyulmasında günahlandırırdı. Məhkəmə prosesində ifadə verən zaman McAfee qeyd edilmiş bütün ittihamları təkzib etmişdi və onları siyasi ittihamlar adlandırmışdı. Bundan əlavə olaraq McAfee 2012-ci ildə Beliz şəhərindəki qonşusunun qətlə yetirilməsində də şübhəli bilinirdi. Lakin o öz qonşusunun ölümü ilə əlaqəsinin olduğunu dəfələrlə təkzib edirdi. /technote
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO










