Meteohəssas insanlar üçün bayram günlərinin xüsusi hava proqnozu - FOTO

Ötən günlərdə Günəşin fəallığı aşağı səviyyədə, ləkə qrupları sakit və stabil olub. Günəş diskində C sinfinə aid bir necə alışma baş versə də, geoeffektiv (Yerə yönələn) tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən əldə olunan görüntülər külək fonunun normal səviyyədə olduğunu deməyə əsas verir.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, çox kiçik ehtimalla M sinif alışmaların olacağı proqnozlaşdırılır. 28 dekabr 2023 cü il - 03 yanvar 2024-cü il tarixlərində maqnit qasırğalarının gücünün ölçülməsində istifadə olunan Kp əmsalı 10 ballıq şkala (0-9) üzrə 2-4 intervalında dəyişəcək. Kiçik fasilələrlə fəal səviyyədə (Kp=4) olsa da, ümumən geomaqnit şəraitin sakit olacağı (Kp<4) proqnozlaşdırılır. Orta en dairələrində geomaqnit qasırğanın baş vermə ehtimalı 1%-dən azdır.
Qeyd etmək lazımdır ki, Günəş fəallığının təsiri nəticəsində geomaqnit sahədə həyəcanlanmaların artması səbəbindən yarana bilən maqnit qasırğası Kp əmsalının 5-ə bərabər (G şkalası üzrə G1 səviyyə) qiymətindən başlayaraq maksimal 9-a qədər (G şkalası üzrə G5 səviyyə) güclənə bilər.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










