Metroda interval 6 dəqiqəni keçdi - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə vətəndaşlar Bakı metrosunda səhər pik saatlarında intervalların uzun olmasından şikayət ediblər.
Paylaşımlarda bildirilir ki, bəzi stansiyalarda qatarlararası interval 6 dəqiqədən çox müşahidə olunur.
Məsələ ilə bağlı Bakı Metropoliteni BAKU.WS-ə açıqlama verib.
Bildirilib ki, səhər saat 08:00–09:00 aralığında "Memar Əcəmi" stansiyasından geri qatar qaytarılır. Bu addım sərnişin axınının daha çox olduğu "20 Yanvar", "Memar Əcəmi" və "İnşaatçılar" stansiyalarında tənzimləməni operativ həyata keçirmək məqsədi daşıyır. Qurumun məlumatına görə, metro xəttlərində səhər pik saatlarında ən qısa interval 1 dəqiqə 45 saniyə olmaqla "28 May" – "Əhmədli" stansiyaları arasında təmin edilir. Lakin avtomatik olaraq xəttlər "28 May" stansiyasında ayrıldığı üçün "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində intervallar elan edilən sahədən iki dəfə artıq olur.
Açıqlamada həmçinin qeyd olunur ki, xəttlərin ayrılması prosesi tamamlandıqdan sonra hər xətt üzrə qatarların hərəkəti ayrıca təşkil edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












