Metroda yeni ödəniş sistemi: “Ciddi çatışmazlıq var” - Açıqlama - FOTO

Sentyabrın 6-dan etibarən Bakı Metropoliteni QSC-də pilot layihə kimi “bənövşəyi xətt”in “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, ilk dəfə “BakıKart” mobil tətbiqinin QR biletlərindən də ödəniş etməyə başlayıblar.
QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minimum bir manat olmalıdır. Hər bir QR kod unikaldır, bir gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.
İqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a deyib ki, metroda yeni ödənişin tətbiqi insanların rəqəmsal bilgilərinin artmasına təkan verir. Kartı olmayan və ya onu yaddan çıxarıb evdə qoyan insanlar üçün bu sistemin tətbiqi çox yaxşıdır. Hətta bu həmin problemi həll etməyin ən rahat yollarından biridir. Amma yeni ödəniş sisteminin tətbiqində ciddi çatışmazlıqlar var. Mütləq şəkildə proqramçılar proqramın üzərində ciddi işləməli və təkmilləşdirici işlər aparmalıdırlar:
“Bu proseduru daha da təkmilləşdirmək lazımdır. İlkin mərhələ üçün əlverişli deyil. İstiqamət üzrə ciddi problemlər var. Qısa limitin qoyulması düzgün deyil. Tez bir zamanda o limit götürülməlidir. Vətəndaşın pulu ilə ona limit, vaxt qoymaq olmaz. Bu, vətəndaş hüququnun pozulması deməkdir. Proqram elə qurulmalıdır ki, sərnişin ödədiyi puldan istədiyi vaxt istifadə etsin”.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











