Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi

Sentyabr ayının 13-də “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib.
Görüş zamanı millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış edərək Mərkəzə bundan sonra da diqqət və qayğısını əsirgəməyəcəyini, daim dəstək olacağını qeyd edərək Mərkəzə gələcək işlərdə bol-bol uğurlar arzulayıb.
Daha sonra AQDİM-in idarə heyətinin sədri Fuad Rəsul və idarə heyətinin üzvləri göstərilən xüsusi diqqət və nəvazişə görə öz dərin təşəkkürlərini bildirərək millət vəkili Qənirə xanım Paşayevaya AQDİM-nin idarə heyətinin Fəxri Üzvlük tablosunu təqdim ediblər.
“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin mətbuat xidmətindən verilən məlumata əsasən, “AQDİM”-nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











