Milli Məclis Bəyanat qəbul etdi

Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı Bəyanat qəbul edib.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.
Bəyanat mətnini deputat Bəhruz Məhərrəmov səsləndirib.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsaslarla ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu nümayiş etdirir. Bu Sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərləri və mirasına əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.
Milli Məclis son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir”.
Bəyanat səsə qoyularaq qəbul edilib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












