Milli Məclisdə məktəblərə şəhid adının verilməsi məsələsi müzakirə olundu

“Birinci və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarında şəhidlərimizin adlarının təkcə yerlərə, meydanlara deyil, eyni zamanda həmin yerlərdəki təhsil müəssisələrinə verilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi normalar var ki, ən azı iki orden alan şəhidin adı müəssisələrə verilə bilər".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov deyib.
"Amma elə kəndlərimiz var ki, orda cəmi 1 şəhid var, amma bir medalı və ya ordeni çatmır. Amma orada ikinci bir şəhid yoxdur ki, müqayisə edib, üstünlük tanıyasan. Belə kəndlərdə o bir şəhid üçün istisnalıq tanınsa, çox yaxşı olar”, - deyə deputat bildirib.
Komitə sədri Siyavuş Novruzov bildirib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun var. Onun sözlərinə görə, həmin qanunda hansı yerlərə şəhid adlarının verilməsi nəzərdə tutulur:
"Qanunvericiliyə əsasən, Milli Qəhrəmanların, Vətən Müharibəsi Qəhrəmanlarının adları məkətblərə, tədris müəssisələrinə verilə bilər. Elə yerlər var ki, bir kənddə 5 şəhid, bir məktəb var. Ona görə də adın verilməsi çətinlik yaradacaq. Bu o demək deyil ki, həmin şəhid ailəsinə qayğı göstərilmir. Onun adına park, küçə verilə bilər. Azərbaycanda təxminən 5 minə yaxın məktəb var. Şəhidlərimizin sayı təxminən 15 minə yaxındır. Elə olur ki, bir məktəbə 3 nəfər düşür. Bu məsələ ətrafında dəfələrlə müzakirə olunub. Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq".
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO










