Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi təsdiqləndi

Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşdan keçib.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verə biləcəklər.
Layihəyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi (KTN) nazirlik kənd təsərrüfatı sahəsində subsidiyaların, güzəştli kreditlərin və lizinqlərin verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin satışı, krediti və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi və həmin vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə bağlı səlahiyyətləri həyata keçirir.
Qeyd olunan funksiyalar həyata keçirilərkən dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadəyə nail olunması, sui-istifadə hallarının qarşısının alınması məqsədilə adıçəkilən qaydalara müvafiq olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları tərəfindən KTN-ə bir sıra məlumatlar təqdim edilir. Müvafiq məlumatların mötəbərliyinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və KTN-in "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin qurulmasına zərurət var.
Qeyd edilən məlumatların dairəsinə vergi sirrinə aid olunan məlumatlar da daxil olduğu üçün müvafiq məlumatların ötürülməsi təklif olunan layihə ilə - Vergi Məcəlləsində dəyişiklik edilməsi yolu ilə mümkündür.
Dəyişikliyə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin məlumatlarının sorğu əsasında qeyd olunan məqsədlər üçün və zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanına verilməsinin (əldə olunmasının) hüquqi bazası yaradılır. Bununla da aqrar sahədə göstərilən dövlət dəstəyi tədbirlərinin daha ünvanlı, daha şəffaf mühitdə həyata keçirilməsi, həmçinin müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsindən azad edilməsi təmin olunacaq.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












