Milli Qəhrəmanın xatirəsi yad edilib - FOTO

Milli Qəhrəman Səfəralı Məmmədovun anadan olmasının 60-cı ildönümü münasibətilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları onun büstünü ziyarət edib, özünə tər güllər düzərək əziz xatirəsini yad ediblər.
Daxili işlər orqanlarında xidmət etmiş Səfəralı Məmmədov Vətən uğrunda gedən döyüşlərdə iştirak edib, şücaəti ilə fərqlənib. O, 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman döyüşərək şəhid olub.
Polis əməkdaşları Səfəralı Məmmədovun həyat və döyüş yolunun hər bir gənc polis əməkdaşı, eləcə də Azərbaycan gənci üçün örnək olduğunu, Milli Qəhrəmanın əziz xatirəsinin daim ehtiram ilə xatırlanacağını bildiriblər.Çıxış edənlər bu gün Səfəralı Məmmədovun ruhunun şad olduğunu, uğrunda döyüşərək canını fəda etdiyi Vətən torpaqlarının artıq işğaldan azad olunduğunu və həmin torpaqlarda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən şanlı bayrağımızın ucaldıldığını bildiriblər.
Qeyd edək ki, S.Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərindəki küçələrdən birinə, cəsur döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib. Oxuduğu məktəbin həyətində büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













