Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Avtosfer.az-ın xəbərinə görə, Mingəçevir şəhərində, Kür çayının sahilində keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları və kiçikhəcmli gəmilərin istifadəçiləri iştirak ediblər.
Görüşdə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, kiçikhəcmli gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Kiçikhəcmli gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydaları da izah edilib.
Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












