Mirzoyandan Naxçıvana gedən yolla bağlı AÇIQLAMA

"Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Azərbaycanla yaranmış sülhün daha da institusionallaşdırılması da vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Lakin eyni zamanda, bu iki komponentin heç biri digəri ilə şərtlənmir və əgər onlar arasında səbəb-nəticə əlaqəsi görməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinə mənfi deyil, əksinə müsbət təsir göstərə biləcəyi ortaya çıxa bilər.
Nəqliyyat infrastrukturunun blokadasının qaldırılmasına gəldikdə isə, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlı hörmət. Bu çərçivələrdə müəyyən edilmiş TRIPP marşrutu həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə, eləcə də bölgələri daha geniş coğrafiyada Ermənistan və Azərbaycan vasitəsilə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün maraqla fəal səylər göstərir", - deyə XİN rəhbəri qeyd edib./unikal
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











