Moldovadan Moskvaya uçuşların bərpa edilməsi qadağan olundu

Moldovanın Mülki Aviasiya İdarəsi “Air Moldova” milli aviaşirkətinə Moskvaya uçuşları bərpa etməyi qadağan edib.
“Mülki Aviasiya İdarəsi mətbuata və sərnişinlərin nəzərinə çatdırır ki, 10 sentyabr 2022-ci il tarixdə 06 saylı əməliyyat direktivi dərc olunub. Sənədə əsasən, Rusiya Federasiyasının hava məkanında milli operatorlar tərəfindən hava əməliyyatlarının aparılması qadağan edilib”, - deyə idarədən bildirilib.
Bundan əvvəl baş nazirin müavini Andrey Spinu Moskvaya birbaşa uçuşların bərpasını məsuliyyətsizlik adlandırıb və bu uçuşların riskli ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bugünlərdə “Air Moldova” Ukrayna müharibəsi səbəbindən bu ilin fevralında dayandırılan Moskva ilə Kişinyov arasındakı aviareyslərin oktyabrın 1-dən bərpa olunduğunu elan edib.
oxu.az
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












