Moskva hava limanında Azərbaycan vətəndaşları saxlanılıblar - SƏBƏB

Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ ölkəmizin Rusiyadakı Səfirliyinin nəzarətindədir.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Qeyd olunub ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:
"Ona görə də bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında həmin şəxsləri bir həftəyə qədər də saxlaya bilərlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də sabah təyyarədə yer olsa, həmin vətəndaşlarımızı Azərbaycana göndərəcəklər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər", - deyə həmsöhbətimiz bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












