Moskvada miqrantlar üçün patent haqqı artıb

Rusiyanın paytaxtı Moskva şəhərində miqrant iş icazəsi dərəcələri 2026-cı ildə 8 900 rubldan 10 000 rubla qədər bahalaşacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, müvafiq qərarı Moskva Şəhər Dumasının deputatları növbədənkənar plenar iclasda qəbul ediblər.
Vergitutma sahəsində bəzi Moskva qanunlarına dəyişikliklər edilməsi haqqında qanun layihəsinin izahat qeydində deyilir: "2025-ci ildə Moskvada əmək bazarının regional xüsusiyyətlərini əks etdirən əmsal 2,8592, patentin dəyəri isə 8,9 min rubl müəyyən edilib. Əməkçi miqrantlar tərəfindən ənənəvi olaraq tələb olunan sənaye sahələrində orta əmək haqqının artımını nəzərə alaraq, göstərilən regional əmsalın 2026-cı ildə 2,9323 səviyyəsində müəyyən edilməsi təklif olunur, nəticədə patentin dəyəri ayda 10 000 rubla qədər artacaqdır".
Qeyd olunub ki, təsdiq edilən sənəd paytaxtın vergi qanunvericiliyinin təkmilləşdirilməsinə və federal qanunvericiliyə uyğunlaşdırılmasına yönəlib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












