Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir işləri niyə ləng gedir? - VİDEO

Bir neçə ildir ki, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır. Bir müddət əvvəl yolun bir hissəsi istifadəyə verilsə də, İsmayıllı-Qəbələ hissəsi hələ də təmirdədir.
Avtosfer.az xəbər verir ki, son günlər bu hissədə işlərin birtərəfli aparılması ərazidə yaşayan sakinləri dilə gətirib.
Bu məsələ yolun yaxınlığındakı iaşə obyektlərinə də təsir göstərib. Məlumata görə, turizm obyektlərinə gedənlər 70 faiz azalıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, tikinti işləri tərtib olunmuş qrafikə uyğun şəkildə davam edir. Artıq layihə üzrə yolun 47 km hissəsinə asfalt örtüyü döşənib. Sökülməmiş köhnə asfalt isə 14.7 kilometrdir. Tikinti işlərinin aparıldığı yer 15 kilometr təşkil edir. Layihənin keçdiyi hissə İsmayıllı və Qəbələ ərazilərinə düşür.
"Bu ərazilər bütün fəsillərdə yağıntılı hesab olunur. Nəzərə almaq lazımdır ki, tikinti işləri açıq havada həyata keçirilir. İntensiv yağıntılar davam etdiyi müddətdə işlər dayandırılır. Buna baxmayaraq yolun xüsusi əhəmiyyəti, turizm bölgələrini birləşdirməsi nəzərə alınaraq hava şəraiti imkan verdikcə işlər davam etdirilir", - deyə açıqlamada bildirilib.
Ətraflı süjetdə:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












