Müğənnilərə avtomobil satan "Vüsal 300" həbs edildi

"Vüsal 300" kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində əlavə ittiham verilib.
Avtosfer.az Report-a istinadla əbər verir ki, Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bundan qabaq isə V. Abbasov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittiham olunurdu.
Xətai rayon Prokurorluğunun təqdimatı əsasında Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət Xətai rayon Məhkəməsinə daxil olub.
Hakim vəsatət və təqdimatı təmin edib. Qərara əsasən Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.
Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











