Münhen hava limanı yenidən bağlandı

Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı dron təhlükəsi ilə əlaqədar olaraq yenidən fəaliyyətini dayandırıb.
Avtosfer.az, "Bild” qəzetinə istinadən xəbər verir ki, polis dron müşahidəsinə dair məlumatın araşdırıldığını və təhlükəsizlik məqsədilə bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.
Hazırda dronların axtarışı davam etdirilir və hava limanının nə vaxt açılacağı hələlik bilinmir.
Münhen hava limanının rəsmi saytında yayılan məlumata əsasən, təhlükəsizlik tədbiri olaraq bütün uçuşlar növbəti xəbərdarlığa qədər məhdudlaşdırılıb. Hazırda 23 reys başqa istiqamətlərə yönləndirilib, Münhenə planlaşdırılan 12 uçuş isə tamamilə ləğv olunub. Hadisə nəticəsində təxminən 6500 sərnişin hava limanında gözləməli olub.
Qeyd edək ki, ötən gecə də Münhen hava limanı oxşar səbəblə – dron müşahidəsi ilə əlaqədar – bir neçə saat bağlı qalmış və 3500 sərnişin çətinliklə üzləşmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












