Narkoman taksi sürücüsü saxlanıldı - FOTO

Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ”VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü,taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Rauf Əliyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmadığı məlum olub.
Həmçinin, R.Əliyevin hərəkətlərində narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.
R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












