Narkotik istifadəçilərinin sayı artıb - SƏBƏB

Əsrin bəlası olan narkotikə aludə olanların sayı durmadan artır. Statistika göstərir ki, təkcə Bakı şəhəri üzrə 2023-cü ilin əvvəlində qeydiyyatda olan xəstələrin sayı 11 900 idisə, ilin sonunda bu rəqəm 12 200-ə yüksəlib. Onlardan 500 nəfəri qadındır. Ən dəhşətlisi isə narkotik istifadəçilərinin yaş həddi ilə bağlıdır.
Problem barədə danışan Bakı Şəhəri Narkoloji Mərkəzinin həkim narkoloqu Fizzə Baxışova bildirib ki, hazırda narkotik istifadəçiləri arasında yaşı 17-dən aşağı olanlar da var: "Bunun əsas səbəbi son zamanlar kimyəvi tərkibli psixotrop maddələrin artması ilə əlaqədardır. Bu vasitələr daha asan formada əldə olunur. Qiyməti bir qədər digər təbii narkotik vasitələrdən aşağı olduğuna görə daha çox yayılır. Bu maddəni təklif etdikdə, onu narkotik maddə kimi bildirmirlər. Söyləyirlər ki, "bu səndə heç bir asılılıq yaratmayacaq, sadəcə olaraq əhval-ruhiyyən düzələcək, sənə güc gələcək və hər bir işin öhdəsindən gələcəksən". Lakin bunlar hamısı dırnaqarası olan fikirlərdir”.

Həqiqət isə odur ki, bir dəfə narkotik tərkibli həb qəbul edən şəxs artıq onun aludəçisinə çevrilir. İlk dəfə yaşadığı yalançı xoş hissləri yenidən yaşamaq ümidilə bu səhvi dəfələrlə təkrarlayır. Nəticədə, bu bəladan asılı vəziyyətə düşür.
Həkim narkoloq Fizzə Baxışova AZƏRTAC-a açıqlamasında sözügedən narkotik vasitələrin təsirlərindən də danışıb: “Bu maddələr ilk olaraq insan psixologiyasına təsir edir. Bu zaman artıq narkotik maddə istifadəsini dayandırdıqda psixozlar əmələ gəlir. Yəni ilkin problem bununla başlayır. Yuxu sistemi pozulur, aqressivlik əmələ gəlir. İnsanın normal reaksiyası olmur. Normaldan daha kəskin reaksiya verirlər. Bu da daha çox aqressivliyə gətirib çıxarır.Bu vasitələr sintetikdir və qarışımları çoxdur. Həmin qarışımların bədəndə allergik reaksiyası nəticəsində yaralar törənir”.

Narkotik vasitələrdən xilas olmağın yolu asan olmasa da, bu mümkündür. Həkim narkoloqun sözlərinə görə,
xəstəliyin ilkin müalicəsi detoks proqramı əsasında aparılır.
Qeyd edək ki, detoks dərman prepratları vasitəsilə orqanizmdə ağrı olmadan, digər psixoloji problemlərin yaranmasının qarşısını almaq üçün aparılan müalicədir. Bundan sonra isə xəstələrin reabilitasiya dövrü başlayır. Əsas məsələ həkimə vaxtında müraciət etməkdir. (modern.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












