Natiq Məmmədli: "Azərbaycan informasiya məkanında daim təhdidlərlə üzləşir"

"Azərbaycan informasiya məkanında daim təhdidlərlə üzləşir" .
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O bildirib ki, informasiya cəbhəsində heç vaxt atəşkəs olmur:
"Bu baxımdan biz COP29 tədbirinə ev sahibliyi zamanı gördük ki, Azərbaycanın informasiya məkanında nüfuzu artdıqca, ona qarşı təhdidlər də artır. COP29 təcrübəsi göstərdi ki, Azərbaycan mediası öz işini operativ və peşəkar şəkildə təşkil edir. Bu, belə də olmalıdır. Ona görə də, Azərbaycan mediasında peşəkarlıq problemi yoxdur".
N.Məmmədli, həmçinin qeyd edib ki, Azərbaycan Mətbuatının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək:
"MEDİA və Mətbuat Şurası tərəfindən bir sıra tədbirlər keçiriləcək. Bu tədbirlərdə məqsəd birinci növbədə milli mətbuat dəyərlərinin təbliğ edilməsi və Azərbaycan milli jurnalistikasının əsas prinsiplərinin cəmiyyətə aşılanmasıdır. Düşünürük ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












