Naxçıvan Muxtar Respublikasında ipoteka ilə bağlı sərəncam imzalandı

Naxçıvan Muxtar Respublikasında ipoteka sahəsində idarəetmə təkmilləşdirilir.
Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Naxçıvan Ali Məclisinin sözügedən məsələ ilə bağlı 8 avqust tarixli fərmanının icrasını təmin etmək məqsədilə bir müddət əvvəl yeni sərəncam imzalayıb.
Sərəncamda aşağıdakılar qeyd olunub:
1. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikanın Maliyyə Nazirliyi, Naxçıvan İpoteka Fondu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, muxtar respublikanın Ali Məclisi sədrinin aktlarının və muxtar respublikanın Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində muxtar respublikanın Nazirlər Kabinetinə təqdim etməlidir.
2. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları iki aydan gec olmayaraq fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı muxtar respublikanın Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə muxtar respublikanın Nazirlər Kabinetinə məlumat verməlidirlər.
3. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib bu barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
4. Naxçıvan İpoteka Fondu nizamnaməsinin layihəsini və nizamnamə kapitalının miqdarı barədə təkliflərini iki həftə müddətində muxtar respublikanın Nazirlər Kabinetinə təqdim etməlidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












