Naxçıvan polisi əməliyyat keçirdi - Narkotiklə saxlanıldılar - FOTO - VİDEO

Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını etiraf edib.
Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin, Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılıblar. S. Zeynalova məxsus avtomobilə baxış zamanı oradan külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən növbəti əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş, 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












