Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri davam edir - FOTO - VİDEO

Mayın 17-də Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrində başlayan komanda-qərargah təlimi bölmələrin döyüş tapşırığına uyğun və şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsi məqsədilə davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, komanda-qərargah təliminin planına uyğun olaraq növbəti mərhələdə dağlıq və çətin relyefli əraziyə taktiki desant endirilib. Helikopterlərlə düşmən mövqelərinin dərinliklərinə endirilən xüsusi təyinatlı diversiya-kəşfiyyat qrupları çətin relyefli ərazilərdən, sıldırım dağ aşırımlarından keçməklə döyüş fəaliyyətini icra ediblər.
Təlimdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılıb. Birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tabor taktiki qrupları şərti düşmənin ön xətdə və yaxın dərinlikdə yerləşən bölmələrinin məhv edilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı















