Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıb

“Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, reyslərin sayının artırılaraq gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən növbəti iclasında razılıq əldə edilib.
İkitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları,“İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












