Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib - FOTO

Naxçıvanda 32 nəfər gənc əməkdaşın polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onlar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitiriblər.
Əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər daxili işlər orqanlarının tarixi, polis andının mahiyyəti və andiçmənin əhəmiyyətindən danışıblar.
Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














