Naxçıvanda üç kəndi birləşdirən körpü yenidən inşa olundu - FOTO

Babək rayonunun Göynük, Nəhəcir və Nəcəfalı Dizə kəndlərini birləşdirən körpü yenidən inşa olunub və istismara hazırdır.
Bu ilin may ayında Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən asfalt yol üzərində yerləşən körpü güclü yağışlar nəticəsində körpü çökmüş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Nəticədə avtomobillərin sözügedən yaşayış məntəqələrinə gediş-gəlişi çətinləşmişdi.
Mütəxəssislər çökməyə səbəb kimi asfalt yol üzərində aparılan təmir-bərpa işlərinin ərazinin relyefinə uyğun aparılmamasını göstəriblər.
Qısa zamanda problemin aradan qaldırılması məqsədilə tədbirlər görülüb, çökən körpü tamamilə sökülüb, 5,5 metr enində, 12 metr uzunluğunda yeni körpü salınıb. Son tamamlama işlərinin aparıldığı körpünün üzərinə və 35 metr uzunluğunda yola yeni asfalt örtüyü verilib, hamarlama və beton bərkitmə işləri aparılıb. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















