Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni rəis təyin edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin müvafiq əmri ilə sözügedən vəzifəyə Ramin Rəhman oğlu İsrafilov gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Ramin İsrafilov öz ərizəsi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsindən çıxarılıb. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.
Xatırladaq ki, Mərkəzi Təminat və Marketinq İdarəsi ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti, əsasən, nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












