Nazir: "Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi vacibdir"

"Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi, öyrədilməsi vacibdir".
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, UNICEF-in 2023-cü il hesabatına əsasən, iqlim fəlakətləri 40 milyon uşağın təhsilinə mənfi təsir göstərir.
Nazir vurğulayıb ki, Paris sazişinin öhdəliklərinin yerinə yetirilməsi, iqlimlə bağlı vədlərin yerinə yetirilməsi vacibdir:
"Yaxşı nəticə əldə etmək üçün iqlim maliyyələşdirilməsi gücləndirilməlidir. Bu o deməkdir ki, daha yüksək səviyyədə fəaliyyət planı icra edilməli, yekunda şəffaflıq hesabatı təqdim olunmalıdır. Bu məsələdə universitetlərin birgə fəaliyyəti də önəmlidir.
"Yaşıl" təhsil sisteminin aşağı siniflərdən tədrisi, öyrədilməsi vacibdir. Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarında informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi vacibdir".
Nazir bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində özlərini doğrultduqlarını vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












